Banklar valyuta hərracında 16,7 mln. dollar cəlb edib

Banklar valyuta hərracında 16,7 mln. dollar cəlb edib
# 15 iyul 2022 14:49 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 16,7 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 47,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR