Kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 4 dəfə artıb

Kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 4 dəfə artıb
# 28 mart 2023 12:06 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 8 milyon 880.7 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.1 dəfə və ya 6 milyon 734.3 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 2 milyon 146.4 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə kənd təsərrüfatı bitkilərinin sığorta ödənişlərinin həcmi 384.4 min manat olub. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR