Bu ilin yanvar-sentyabr ayında qeyri neft-qaz sahəsində ötən illə müqayisədə 42,5% artım olub

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 03 noyabr 2022 12:01 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr ayında ötən il ilə müqayisədə qeyri neft-qaz sahəsində 42,5% artım müşahidə edilib.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, qlobal inflyasiya ilə əlaqədar bu ilin 9 ayında ötən il ilə müqayisədə ölkəyə idxal edilən məhsulların qiyməti 21,9% artıb: “Bununla yanaşı, əhalinin gəlirləri 6% artıb. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya fəaliyyətləri ölkədə inflyasiya artımını nisbətən səngidib. Cari il ixrac olunan məhsullarının həcmində profisit müşahidə olunub. Belə ki, ötən il ilə müqayisədə bu il 19,2 mlrd. dollar gəlir əldə edilib ki, burada da gəlirlərin əsas hissəsinin neft-qaz sektoru təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR