Cənub Qaz Dəhlizinin mənfəəti dəfələrlə artıb

Cənub Qaz Dəhlizinin mənfəəti dəfələrlə artıb
# 05 sentyabr 2022 12:42 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə, Cənub Qaz Dəhlizi QSC-nin (SGC) mənfəəti 795 397 min ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 60,8 dəf çoxdur.

Bu barədə “APA-Economics” QSC-nin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci ildə QSC-nin gəlirləri 1 763 092 min manat səviyyəsində olub, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,05 dəfə çoxdur.

Qeyd olunur ki, 2022-ci ilin yanvarın 1-nə Cənub Qaz Dəhlizinin aktivləri 12 672 722 min dollar təşkil edib, bu da 0,03 % azalma deməkdir.

Xatırladaq ki, Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin (CQD) yaradılması haqqında sərəncam imzalamışdır. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılıb.

Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülüb və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir (Şahdəniz və SCP layihələrində 14.35% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulub).

CQD-nin adından layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR