Deputat: “Hesablama Palatasının dövlət büdcəsi üzrə rəyi çox cəsarətli idi”

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 20 aprel 2022 12:22 (UTC +04:00)

“Parlamentin hazırladığı dəyişikliklər daha çox tənzimləyici xarakter daşıyır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Hər orqanın özünün səlahiyyətləri var və öz səlahiyyətləri çərçivəsində hər kəs ümumi işə töhfə verməyə çalışmalıdır”, - deputat bildirib.

Qüdrət Həsənquliyev qeyd edib ki, dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı il olmalıdır: “Çünki dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə bölünür”.

Deputat onu da bildirib ki, Hesablama Palatasının dövlət büdcəsinə, DSMF-nin büdcəsinə verdiyi rəylər çox cəsarətli idi: “Bəzi həmkarlar reallıqları unudurlar və Hesablama Palatasından daha cəsarətli addımlar, rəylər gözləyirlər. Amma nəzərə almırlar ki, biz əlimizdə olanı da itirə bilərik. Mövcud reallıqlar çərçivəsində Hesablama Palatası əlindən gələni edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR