Dövlət xətti ilə ipoteka kreditləşməsi 10,7% artıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi 10,7% artıb
# 22 aprel 2022 11:08 (UTC +04:00)

2022-ci ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlər 10,7% artaraq 107,9 milyon manata yüksəlib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, İKZF-nin yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 27,3 % artaraq 74,2 milyon manata bərabər olub.

Hesabat dövründə Fond istiqraz buraxmaqla cəlb etdiyi vəsaitlərin həcmi 40 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisəd 27,3 % çoxdur.

Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 23,8 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR