Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2021-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
"APA-Economics" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nexia EA" QSC seçilib.
DSMF-nin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditini həyata keçirəcək şirkətə 147,5 min manat ödəniləcək.