Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib

Dünya Bankının Azərbaycan üzrə yeni strategiyasının hazırlanması müzakirə edilib
# 13 mart 2023 11:40 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankında Azərbaycanın da daxil olduğu Seçki Qrupunun İcraçı direktoru Dominik Favre ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə Taleh Kazımov özünün "Twitter" hesabında bildirib.

"Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik. Dünya Bankında ölkəmizin maraqlarının və mövqeyinin müdafiə olunması, dəstəklənməsi istiqamətində Seçki Qrupunun gördüyü işlər barədə danışdıq. Həmçinin, Dünya Bankının növbəti dövr üçün Azərbaycan üzrə yeni strategiyanın hazırlanması və layihə portfelinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq"- deyə Taleh Kazımov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR