Dünya Bankının direktoru: Azərbaycanda əlavə iqtisadi artım üçün fürsətlər yaranıb

Dünya Bankının direktoru: Azərbaycanda əlavə iqtisadi artım üçün fürsətlər yaranıb
# 24 fevral 2023 12:32 (UTC +04:00)

"Bizim Azərbaycan hökuməti ilə çox aktiv və qarşılıqlı əlaqəni nəzərdə tutan münasibətlərimiz var. Qarşıdakı bir neçə ildə Azərbaycanın inkişafını təmin edən yaxşı planlar mövcuddur. Düşünürük ki, bu, gələcək inkişaf üçün çərçivəni təmin edir".

Bunu "APA-Economics"ə açıqlamasında Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah deyib.

İnsan kapitalının inkişafı və Azərbaycanın ümumi iqtisadi artım məsələsinə toxunan Fadia Saadah qeyd edib ki, bununla bağlı hökumətin davranışları çox önəmlidir: "Hesab edirəm ki, ən əsası işə başlamaqdır və mümkün qədər daha iddialı olmaq lazımdır. Həmişə daha yaxşı nəticələr əldə etmək üçün imkanlar var".

Fadia Saadah dünyada baş verən dəyişikliklərin Azərbaycanın iqtisadi inkişafı üçün fürsətlər yaratdığını əlavə edib: "Dünya dəyişir, rəqəmsal texnologiyalar inkişaf edir, iqlimlə bağlı müəyyən yeni təşəbbüslər meydana çıxır. Bütün bunlar özü də əlavə iqtisadi artım üçün müəyyən imkanlar tanıyır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR