Dünyada brilyant zinət əşyalarına tələbat rekorda çatıb

Dünyada brilyant zinət əşyalarına tələbat rekorda çatıb
# 19 yanvar 2022 14:15 (UTC +04:00)

Qlobal bazarda brilyant zərgərlik məmulatlarına son tələbat COVID-dən əvvəlki göstəriciləri üstələyərək rekorda çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə RİA "Novosti"yə dünyanın ən böyük almaz istehsalçısı olan "Alrosa" şirkətinin mətbuat xidmətindən bildirilib.

"İstehlakçıların brilyant zinət əşyalarına olan fəal marağı fonunda brilyantlara tələb təklifi üstələyir. Dünyada brilyant zinət əşyalarına son tələbat ötən il rekord səviyyəyə qalxaraq, COVID-dən əvvəlki səviyyələri əhəmiyyətli dərəcədə üstələyib", - şirkətin mətbuat xidməti bildirib.

Tələb olduqca məhdud təklif fonunda artır. Yeni böyük layihələr olmadıqda, növbəti illərdə qlobal istehsal 2019-cu ilədək olan 140-150 mln. karatla müqayisədə ildə 110-120 mln. karat aralığında qalacaq. Böhran zamanı yığılan bütün ehtiyatlar 2021-ci ilin ortalarına qədər satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR