Əli Məsimli: Bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır

Əli Məsimli, Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

© APA | Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

# 05 iyun 2023 11:09 (UTC +04:00)

İnflyasiyanın proqnozu keçən ilin payızında 6,9% götürülmüşdü, dedik ki, real deyil. İndi götürülüb 10,4%, yenə də deyirik ki, bu da real deyil. Mərkəzi Bankın proqnozlarında isə bir az da azaldaraq 8,3% götürülüb, deyirik ki, bu da real deyil. Siz inflyasiyanı hansı rıçaqların vasitəsilə birrəqəmli olmasının təminatçısınız?

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib.

“Bütün dünyada uçot dərəcəsi vaistəsilə inflyasiyaya təsir göstərilir. Taleh müəllim, Mərkızi Bankın uçot dərəcəsi real sürətdə Azərbaycan iqtisadiyyatında, maliyyə sektorunda inflyasiyaya təsir edirmi? Bankların tənzimlənməsi yaxşıdır, amma hesab edirəm ki, bankların bağlanması əmanətçilər üçün xeyli problemlər yaradır”, - deyə Əli Məsimli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR