ƏSF Avropa Əmanət Sığortaçıları Forumunun illik yığıncağında iştirak edib

ƏSF Avropa Əmanət Sığortaçıları Forumunun illik yığıncağında iştirak edib
# 14 iyun 2022 12:10 (UTC +04:00)

Fəaliyyətində beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) əmanətlərin sığortalanması sistemini inkişaf etdirmək üçün qlobal təşkilatlarla və bu sahədə qabaqcıl təcrübəyə malik xarici ölkələrin anoloji qurumları ilə əlaqələrini daha da dərinləşdirir, habelə təcrübə və bilik mübadiləsi aparır.

ƏSF-dən "APA-Economics"ə verilən məlumata görə, 25-27 may tarixlərində ƏSF-nın icraçı direktoru Tural Piriyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda baş tutmuş Avropa Əmanət Sığortaçılarının Forumunun (European Forum of Deposit Insurers - EFDI) illik ümumi yığıncağında və beynəlxalq konfransda iştirak ediblər. Forumun illik yığıncağında üzv ölkələrin işçi qrupları arasında maliyyə sahəsi üzrə fikir mübadiləsi aparılıb, mülahizələr dinlənilib, EFDI-nın yeni sədrinin seçimləri keçirilib, 2022-2025-ci illəri əhatə edən fəaliyyət istiqamətləri, eləcə də 2022 və 2023-cü illərin yekun büdcəsi və üzvlük haqları müzakirə olunaraq təsdiqlənib.

Tədbir “Əmanətlərin sığortalanması sistemində problemlər və yeni çağırışlar” mövzusuna həsr olunmuş EFDI-nın beynəlxalq konfransı ilə davam edib. Konfransda beynəlxalq maliyyə sistemində cərəyan edən ən aktual mövzular –Mərkəzi Bankın maliyyə rəqəmsallaşması, kriptovalyutalar, sosial və korporativ idarəetmə üzrə investisiya strategiyasının və qlobal iqlim dəyişiminin Əmanətlərin Zəmanət Sisteminə təsiri müzakirəyə qaldırılıb. Konfransda maliyyə innovasiyaları, kiber təhlükəsizlik və məlumatların qorunması kimi mövzular panelistlər tərəfindən diqqətə çatdırılıb, fikir mübadiləsi aparılıb.

Tədbirlər çərçivəsində ƏSF-nin nümayəndə heyəti risk-əsaslı sığortalanma mexanizminə keçid, sığorta itkilərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də digər istiqamətlərdə beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə Niderland, Cənubi Koreya, Avstriya və Norveç kimi aparıcı ölkələrin müvafiq qurumlarının rəsmiləri ilə ikitərəfli görüşlər keçirib, bu sahələrdə müşahidə olunan çağdaş trendləri və çağırışları müzakirə edərək yeni əlaqələrin qurulmasına nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR