“Express Bank”ın biznes kreditləri üzrə portfeli kiçilib - HESABAT

“Express Bank”ın biznes kreditləri üzrə portfeli kiçilib  - HESABAT
# 19 iyul 2022 12:01 (UTC +04:00)

“Express Bank” ASC 2022-ci ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, yanvar-iyun aylarında “Express Bank”ın faiz gəlirləri 23,565 milyon manat (2021-ci ilin I yarısına nisbətən 19,2% çox), faiz xərcləri 4,659 milyon manat (43,7% çox), xalis faiz gəlirləri isə 18,906 milyon manat (15,2% çox) təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8,821 milyon manata (31,3% çox), qeyri-faiz xərcləri 18,833 milyon manata (14,6% çox) yüksəlib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 7 dəfə artıraraq 869 min manata çatdırıb. Mənfəət vergisi ödəmələri isə 1,735 milyon manat təşkil edib.

Son nəticədə “Express Bank” 2022-ci ilin birinci yarısında 8,028 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisvbətən 42,8% çoxdur. Bank 2021-ci ilin altı ayı üzrə 5,627 milyon manat xalis mənfəət açıqlamışdı.

2022-ci ilin iyulun 1-nə bankın cəmi aktivləri 5,1% artaraq 369,581 milyon manata çatıb. Bankın kredit portfeli isə 6 % böyüyərək 265,454 milyon manata çatıb. Maraqlıdır ki, “Express Bank”ın istehlak kreditləri üzrə portfeli 8,7%, daşınmaz əmlak kreditləri portfeli isə 9% artaraq müfaviq olaraq 149,391 milyon manat və 36,734 milyon manat olub. Amma bankın biznes kreditləri bu dövrdə 2,3% azalaraq 87,221 milyon manata düşüb.

Hesabat dövründə, bankın öhdəlikləri 4,4% artaraq 237,325 milyon manata, o cümlədən depozit portfeli 5,7% artaraq 165,528 milyon manata yüksəlib. “Express Bank”ın cəmi kapitatı isə 7,3% artaraq 132,256 milyon manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR