“Expressbank”ın maliyyə vəziyyəti açıqlanıb

“Expressbank”ın maliyyə vəziyyəti açıqlanıb
# 25 aprel 2022 12:54 (UTC +04:00)

“Expressbank” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” bankın hesabatına istinadən xəbər verir ki, “Expressbank”ın faiz gəlirləri 27.37% artaraq 11,830.03 milyon manata, faiz xərcləri isə 53,9% artaraq 2,353 milyon manata yüksəlib. Nəticədə, bankın xalis faiz gəlirləri isə 21.94% artaraq 9,461.78 milyon manat təşkil edib.

Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 3,377 milyon manat, qeyri-faiz xərcləri 9,435 milyon manata bərabər olub. Bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 0,9% və 18,7% çoxdur.

Ümumilikdə, bankın əməliyyat gəlirləri 16,023 milyon manat, əməliyyat xərcləri isə 11,788 milyon manat təşkil edib.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 931 min manat, mənfəət vergisinin ödənilməsinə isə bank 827 min manat ayırıb. Sonda “Expressbank”ın xalis mənfəəti 3,508 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,1% çoxdur. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 3,129 milyon manat xalis mənfəət əldə etmişdi.

İlin əvvəli ilə müqayisədə bankın aktivləri 4,2% artaraq 366,218 milyon manata, öhdəliklərinin ümumi həcmi isə 4,9% artaraq 238,823 milyon manata çatıb. Bankın cəmi kapitalı 127,396 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR