Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqləyib

Fitch ABB-nin reytinqlərini yenidən B səviyyəsində təsdiqləyib
# 25 aprel 2022 21:53 (UTC +04:00)

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb.

APA xəbər verir ki, agentlik Bankın uzunmüddətli və qısamüddətli emitentin defolt reytinqlərini B səviyyəsində saxlayıb və reytinq proqnozunu Stabil olaraq təsdiqləyib.

ABB-nin Dövlət Dəstəyi reytinqi isə NS səviyyəsində təsdiqlənib.

Agentliyin verdiyi şərhdə ABB-nin dayanıqlı maliyyə göstəricilərinə, o cümlədən möhkəm kapital buferlərinə malik olması xüsusi vurğulanır.

Aşağı riskli kreditlərin portfeldəki ümumi payının, aktivlərin keyfiyyətinin, son üç ildəki layiqli gəlirliliyin Bankın adekvat likvidlik mövqeyini əks etdirdiyi göstərilir.

Bildirilir ki, ABB-nin böyük kapital buferi valyuta risklərini azaldır. Bankın kapital adekvatlığı göstəriciləri requlyativ tələbləri əhəmiyyətli şəkildə üstələyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR