Gələn ildən Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

Gələn ildən Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq
# 11 sentyabr 2019 16:12 (UTC +04:00)

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq.

APA-Economics”in əldə etdiyi məlumata görə, layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir.

Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir.

Layihə ilkin olaraq seçilmiş pilot banklar, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR