“Günay Bank”ın kredit portfeli kiçilib

“Günay Bank”ın kredit portfeli kiçilib
# 24 yanvar 2023 17:58 (UTC +04:00)

“Günay Bank”ın maliyyə vəziyyəti açıqlanıb.

“Apa-Economics” “Günay Bank”ın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bank 2022-ci ili 490 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2021-ci illə müqayisədə 19.7 % və ya 80.7 min. manat çoxdur.

Ötən il bankın faiz gəlirləri 14 mln. 840 min manat , faiz xərcləri isə 11 mln. 504 min manat olub.

2021-ci ilə nisbətən 2022-ci ildə xalis faiz gəlirləri 32.6% azalaraq 3 mln. 336 min manata bərabər olub. (2021-ci ildə xalis faiz 4 mln. 950 min manat olub). Onu da qeyd edək ki, 2022-ci ilin dövrün əvvəlində pul vəsaitlərinin həcmi 33 mln. 541 min manat olduğu halda, dövrün sonunda 8.9% və ya 298 min. 753 azalaraq 30 mln.553 min manat təşkil edib.

2022-ci ildə bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 198 mln. 737 min manat olub. Bu isə 2021-ci illə müqayisədə 0.5% və ya 1 mln. manat azalma deməkdir. Bankın kredit portfelinin əsas hissəsini biznes kreditləri (144 mln. 444 min manat ) və daşınmaz əmlak kreditləri (81 mln. 635 min manat) təşkil edib.

Ötən il bankda hüquqi (37 mln. 563 min) və fiziki şəxslərin (73 mln. 841 min) depozitlərinin cəmi 111 mln. 405 min manat olub.

Ötən il “Günay Bank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 2021-ci ilə nisbətən 3.4 mln. azalaraq 2.1 mln. manat təşkil edib.

Bu il yanvarın 1-nə “Günay Bank”ın aktivləri 9.7% və ya 24 mln. 848 min manat artaraq 281 mln. 317 min manata çatıb. Öhdəlikləri isə 12% və ya 22 mln. 932 min artaraq 213 mln. 766 min manata yüksəlib. 31 dekabr 2022-ci il tarixində bankın məcmu kapitalı 2.9 % və ya 1 mln. 935 min artaraq 67 mln. 551 min manata yüksəlib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR