Hesablama Palatasının sədri: Xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən yuxarıdır

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 16 noyabr 2022 16:39 (UTC +04:00)

Xalis maliyyə aktivləri makrofiskal təhlilin əsas göstəricilərindən hesab olunur. Bu öhdəliklərin örtülməsi qabiliyyətini göstərən, başqa sözlə maliyyə öhdəliklərinin örtülməsindən sonra dövlətin maliyyə aktivlərini əks etdirən göstəricidir”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

“Xalis maliyyə aktivlərinin çox olması müəyyən mənada fiskal dayanıqlılıq qarşısında yarana biləcək risklərin də yumşaldılmasına xidmət edə bilər. Hazırda xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən yuxarıdır. Digər ölkələrlə müqayisəli təhlil göstərir ki, bu yaxşı göstərici kimi hesab oluna bilər. Əksər ölkələrdə borc yükünün çox olması səbəbindən xalis maliyyə aktivləri mənfi rəqəmlə ifadə olunur”, - deyə V.Gülməmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR