İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb

İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb
# 12 iyul 2019 12:31 (UTC +04:00)

İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Fondun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400 manatdan, xərcləri isə 83 451 400 manatdan 98 451 400 manata qalıdırılır.

Sənəddə həmçinin qeyd edilib ki, 2019-cu ildə özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 56 milyon 41 min 400 manat xərclənəcək. Bir milyon manat vəsait isə peşə hazırlığı və əlavə təhsilin təşkilinə xərclənəcək. Bununla da bu il ümumilikdə peşə hazırlığı və əlavə təhsilin təşkilinə 2 milyon 800 min manat vəsait sərf olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR