İKZF ipoteka kreditləri üzrə marjasını açıqlayıb  

İKZF ipoteka kreditləri üzrə marjasını açıqlayıb  
# 29 sentyabr 2022 10:51 (UTC +04:00)

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləri üzrə marjasını açıqlayıb.

"APA-Economics"in məlumatına görə, Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib ki, adi ipoteka kreditləri üzrə müəyyən edilən 8%-in 4%-i bankların xərclərinə yönləndirilir.

"Fondun cəlb etdiyi vəsaitin maya dəyəri 3% təşkil edir, 1% isə İKZF-nin müəyyən etdiyi marjadır", - deyə Rasim Abdullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR