“İnternational” BOKT 2 milyon manat borca girir - İstiqraz emissiyası

“İnternational” BOKT 2 milyon manat borca girir - İstiqraz emissiyası
# 30 avqust 2022 10:30 (UTC +04:00)

“İnternational” BOKT QSC 2 milyon manatlıq istiqraz buraxır.

"APA-Economics" bu barədə BOKT-un emissiya prospektinə istinadən xəbər verir. Məlumata görə, kredit təşkilatı hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd, faizli, təminatsız, sənədsiz, adlı istiqraz buraxır. İstiqrazın illik gəlirliliyi 13% faiz, kupon ödənişlərinin müddəti 90 gün, tədavül müddəti isə 18 aydır.

BOKT-un istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter isə "AzFinance İnvestisiya Şirkəti"dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR