“İnvestAZ Asset Management” lisenziya üçün yenidən müraciət edəcək

“İnvestAZ Asset Management” lisenziya üçün yenidən müraciət edəcək
# 13 mart 2023 16:16 (UTC +04:00)

“İnvestAZ Asset Management” MMC şirkəti İnvestisiya Fondları haqqında qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bu barədə lisenziya müddəti bitən “İnvestAZ Asset Management” MMC-nin təsisçisi "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dən bildirilib.

Qeyd olunub ki, “İnvestAZ Asset Management” MMC 27 avqust 2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Qiymətli Kağızlar bazarında aktivlərin idarə olunması üzrə fəaliyyət ilə bağlı lisenziya alıb: "Lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmayıb. Lisenziyanın müddəti 5 il olub və 2018-ci ildə bitib. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib".

“İnvestAZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti ayrı hüquqi şəxsdir və investisiya xidmətləri üzrə müddətsiz lisenziyaya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR