İslam İnkişaf Bankı Qarabağın bərpasına yatırım edə bilər

İslam İnkişaf Bankı Qarabağın bərpasına yatırım edə bilər
# 27 fevral 2023 13:57 (UTC +04:00)

İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirilib.

Görüş zamanı ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR