KASKO sığorta üzrə yığımlar 8%-ə yaxın artıb

KASKO sığorta üzrə yığımlar 8%-ə yaxın artıb
# 28 mart 2023 16:22 (UTC +04:00)

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 2023-cü ilin yanvar-fevral ayları ərzində 6 milyon 669 min manat sığorta haqqı toplayıb.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 7.7% və ya 474.7 min manat çoxdur. Ötən ilin yanvar-fevral aylarında KASKO sığorta üzrə 6 milyon 194.3 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 2 milyon 732.3 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4.4% və ya 115.2 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 2 milyon 617.1 min manata bərabər olub.

Sığorta ödənişlərinə nisbətən yığımlarının daha çox artması son bir ildə daşınmaz əmlakın icbari sığortası üzrə zərərliliyi 3.3% azaldıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 42.3 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 40.9 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR