Keçən il azad edilmiş ərazilərin bərpasına 4 milyard 315 milyon manat ayrılıb

# 30 yanvar 2023 16:45 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.

APA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarə edilməsi hesabına mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR