KİV: Avropa İttifaqı Rusiyaya qarşı sanksiya paketini yumşalda bilər

KİV: Avropa İttifaqı Rusiyaya qarşı sanksiya paketini yumşalda bilər
# 09 may 2022 18:51 (UTC +04:00)

Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiya paketini yumşaltmaq istəyir.

APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya neftinin Avropa İttifaqı ölkələrinə məxsus gəmilərlə üçüncü ölkələrə aparılmasına qoyulan qadağa götürülə bilər.

Qadağanın götürülməsinə ilk növbədə dəniz ticarətindən böyük asılılığı olan Yunanıstanın təkid etdiyi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR