Kyodo: G7 ölkələri kriptovalyutaların daha sərt tənzimlənməsini müdafiə edəcəklər

Kyodo: G7 ölkələri kriptovalyutaların daha sərt tənzimlənməsini müdafiə edəcəklər
# 26 mart 2023 12:02 (UTC +04:00)

Yeddilik Qrupu (G7) ölkələri kripto aktivlərinin daha sərt tənzimlənməsi ehtiyacını birgə təşviq etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə bazar günü Kyodo agentliyi məlumat yayıb.

Bu məsələnin may ayında Xirosimada keçiriləcək sammitin yekunlarına dair G7 liderlərinin birgə bəyanatında öz əksini tapmasının planlaşdırıldığı vurğulanır.

Agentliyik mənbələrə istinadən bildirir ki, qlobal bank sistemində yaranan böhran fonunda G7 ölkələri kriptovalyutaların sahiblərinin qorunmasına yönəlmiş qanunvericilik bazasının hazırlanmasını zəruri hesab edirlər.

Qeyd edək ki, Yaponiya bu il G7-yə sədrlik edir və mayın 18-22-də Xirosimada sammitə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR