Bu gün Milli Məclisin plenar iclasında “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur:
- lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısının və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
- lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
- lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
- lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
- virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
- lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Lotereyaların təşkili proseduru dəyişir, uduş fondunun yuxarı həddi tələbi ləğv olunur
27 dekabr 2021 13:26 (UTC +04:00)
Maliyyə
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024
Bu günə olan valyuta məzənnələri
09:19
7 may 2024
Azərbaycan Mərkəzi Bankı beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
17:05
6 may 2024
Unibank kredit faizini aşağı salıb, kredit məbləği və müddəti artırıb
15:56
6 may 2024