Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini 4%-ə endirir

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini 4%-ə endirir
# 31 avqust 2022 16:07 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində faiz dəhlizinin aşağı həddinin sentyabrın 1-dən 4% səviyyəsinə (hazırda 6,25%) endirməyi qərara alıb. Başqa sözlə, faiz dəhlizinin aşağı həddi 2,25 faiz bəndi azaldılır.

"APA-Economics" xəbər verir ki, AMB bu qərarını bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayıb. Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyulub. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR