Mərkəzi Bank: İnformasiya təhlükəsizliyinin təmin edilməsilə bağlı banklarda bir sıra problemlər var

Mərkəzi Bank: İnformasiya təhlükəsizliyinin təmin edilməsilə bağlı banklarda bir sıra problemlər var
# 17 iyun 2022 12:32 (UTC +04:00)

İnformasiya təhlükəsizliyinin təmin edilməsilə bağlı banklarda bir sıra problemlər var.

"APA-Economics" xəbər verir ki, bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya texnologiyaları departamentinin direktoru Anar Quliyev bildirib.

O bildirib ki, kritik hesab olunan istiqamətlərdə, xüsusilə də kriptoqrafiya, aktivlərə nəzarətin təmin olunması, biznes davamlılığının təmin olunması kimi sahələrdə hələ də inkişafa ehtiyac var.

Anar Quliyev AMB-nin bu istiqamətlərdəki problemlərin cari ilin sonuna kimi həll olunacağını gözlədiklərini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR