Mərkəzi Bank maliyyə bazarları sahəsində monitorinq apara biləcək

Mərkəzi Bank maliyyə bazarları sahəsində monitorinq apara biləcək
# 05 iyun 2023 10:08 (UTC +04:00)

Maliyyə bazarları sahəsində nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı nəzarət subyektindən alınan hesabatlarda əks olunan məlumatların düzgünlüyünü və mötəbərliliyini yerində müəyyən etmək üçün nəzarət subyektində monitorinq aparılması məqsədilə Mərkəzi Bank öz əməkdaşları sırasından səlahiyyətli nümayəndə (nümayəndələr) təyin etmək hüququna malikdir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmış göndəriş məktubunda monitorinq olunmalı sahələr, sənədlər, sistemlər və monitorinqin müddəti müəyyən edilir. Monitorinq prosesində səlahiyyətli nümayəndə (nümayəndələr) bu Qanunda qeyd olunan hüquqlardan istifadə edir, nəzarət subyekti isə monitorinqin həyata keçirilməsi üçün zəruri şərait yaradır.

Monitorinqin müddəti 5 (beş) iş günündən çox ola bilməz. Səlahiyyətli nümayəndə (nümayəndələr) monitorinqin nəticələri üzrə arayış hazırlayır və Mərkəzi Banka təqdim edir. Səlahiyyətli nümayəndə (nümayəndələr) son 1 (bir) il ərzində monitorinq etdiyi nəzarət subyekti tərəfindən Mərkəzi Bankla əmək münasibətlərinə xitam verildiyi tarixdən 1 (bir) il müddətində Qanunla müəyyən edilmiş rəhbər (inzibatçı) vəzifələrə işə götürülə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR