Cari ilin oktyabr ayına olan məlumata əsasən illik inflyasiya 15,6% təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.
“Cari ilin 10 ayında strateji valyuta ehtiyatları 6% artaraq 55 mlrd. dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 10,3% artaraq, 7,8 mlrd. dollara çatıb”, - deyə AMB sədri bildirib.