Milli Məclisdə İSF-in gələn il üçün büdcəsi qəbul edilib

Milli Məclisdə İSF-in gələn il üçün büdcəsi qəbul edilib
# 09 dekabr 2022 11:15 (UTC +04:00)

Parlamentdə “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, gələn il İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlir və xərcləri 212 668 344,50 manat məbləğində proqnozlaşdırılır.

Sənədə əsasən, İSF-nin büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

- işsizliyə görə sığorta ödənişləri - 11 milyon manat;

- peşə hazırlığı və əlavə təhsilin təşkili – 22 milyon manat;

- peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi – 2 milyon manat;

- əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 min manat;

- haqqı ödənilən ictimai işlərin təşkili – 3 milyon 500 min manat

- özünüməşğulluq tədbirlərinin təşkili – 87 milyon 521 min 146, 76 manat

- sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi – 2 milyon manat;

- peşə standartlarının hazırlanması – 1 milyon manat;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri – 44 milyon 647 min 197, 75 manat.

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri 35 milyon manat;

- sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi üçün kvotadan əlavə iş yerlərinin yaradılması – 1 milyon manat;

- sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 1 milyon 500 min manat;

- qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər – 1 milyon manat.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR