Milli Ödəniş Sistemi vasitəsilə bu il 187 mlrd. manatlıq ödənişlər həyata keçirilib

Milli Ödəniş Sistemi vasitəsilə bu il 187 mlrd. manatlıq ödənişlər həyata keçirilib
# 21 dekabr 2021 16:51 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 187,363 mlrd. manat, sayı isə 64 mln. ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% azalıb.

Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 157,5 mlrd. manat həcmində 971 min əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 9,3% azdır.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə yanvar-noyabrda 29,87 mlrd. manat həcmində 63,03 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 19,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR