“Naxçıvan Sığorta” maliyyə vəziyyətini açıqlayıb

“Naxçıvan Sığorta” maliyyə vəziyyətini açıqlayıb
# 17 mart 2023 10:26 (UTC +04:00)

“Naxçıvan Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, sığorta şirkəti ötən ili 1 milyon 5 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilə nisbətən 12% çoxdur. Belə ki, 2021-ci ildə “Naxçıvan Sığorta” 900 min manat xalis mənfəət açıqlamışdı.

Azərbaycanda yeganə regional sığorta şirkəti olan ASC-nin ötən il gəlirləri 29% artaraq 2 milyon 931 min manata, xərcləri 45% artaraq 1 milyon 674 min manata, mənfəət vergisi ödəmələri isə 11,5% artaraq 251 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 8,6% böyüyərək 10 milyon 404 min manat olub. Sığorta şirkətinin öhdəlikləri isə 5% azalaraq 2 milyon 64 min manata enib. Bu dövrdə şirkətin balans kapitalı 8 milyon 340 min manata (13% çox) çatıb.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb və səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR