Naxçıvan Muxtar Respublikasında vəsait qoyuluşları çərçivəsində bu ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 674,78 mln. manat vəsait yönəldilib.
Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu bir il öncəki göstəricidən 1,6% çoxdur.
Əsas kapitala yönəldilən vəsaitin 644,91 mln. manatı və ya 95,6%-i tikinti-quraşdırma işlərinin payına düşüb.