Naxçıvanda kreditləşmənin həcmi 31% artıb

Naxçıvanda kreditləşmənin həcmi 31% artıb
# 22 sentyabr 2022 09:27 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 191,35 mln. manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 31% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, verilən kreditlərin 16 mln. manatdan çoxu və yaxud 8,4%-i qısamüddətli, 175,27 mln. manatı və yaxud 91,6%-i uzunmüddətli kreditlər olub.

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR