Nazir: Əməkhaqlarının artırılmasıyla elmdən nəsə gözləmək sadəlövhlük olardı

Nazir: Əməkhaqlarının artırılmasıyla elmdən nəsə gözləmək sadəlövhlük olardı
# 11 noyabr 2022 13:37 (UTC +04:00)

“Biz hesab edirik ki, elmə ayrılan xərclərin az olmasında səbəb buradakı struktur problemləridir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Elmin İnkişafı Fonduna ayrılan pulların xərclənməsi heç baş verməyib: “Prezident tərəfindən müvafiq qərar qəbul edilib. AMEA-nın bir hissəsi Elm və Təhsil Nazirliyinə verilib. Həmin nazirliyə təkliflərini hazırlamaq üçün 6 ay vaxt verilib. Mən əminəm ki, həmin təkliflər hazırlanandan sonra biz müvafiq qərarlar qəbul edəcəyik. Biz bunların dövlət büdcəsində əksini görəcəyik. Sadəcə, əməkhaqlarının artırılması yolu ilə mövcud strukturda elmdən nəyisə gözləmək sadəlövhlük olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR