Nazir: İran və Rusiya qarşılıqlı ticarətdə dollardan imtina edib - VİDEO

Nazir: İran və Rusiya qarşılıqlı ticarətdə dollardan imtina edib - VİDEO
# 26 iyul 2022 13:37 (UTC +04:00)

İran və Rusiya arasında ticarət mübadiləsində ABŞ dolları qəti şəkildə ləğv olundu.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın iqtisadiyyat və maliyyə Naziri Ehsan Xanduzi İran və Rusiyanın ticarət mübadilələrindən dolların çıxarılmasına dair razılaşmanın qəti şəkildə həyata keçirildiyini açıqlayıb.

Nazir Hindistan, Türkiyə və Çinlə də bu istiqamətdə danışıqların davam etdiyini qeyd edib.

Xanduzi İranda benzinin bahalaşması ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib. O bildirib ki, İranda benzin bu ilin sonuna kimi (2023-cü ilin mart ayına) qədər bahalaşmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR