Nazir müavini: "Bu göstərici ilə ölkəmiz dünyada hər 3 ölkədən 2-ni qabaqlayır"

Nazir müavini: "Bu göstərici ilə ölkəmiz dünyada hər 3 ölkədən 2-ni qabaqlayır"
# 02 noyabr 2022 11:14 (UTC +04:00)

Dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı BMT tərəfindən dayanıqlı inkişaf hesabatları hazırlanır və sonuncu "Dayanıqlı İnkişaf 2022" hesabatında mümkün 100 baldan 73, 5 bal toplayaraq 164 ölkə arasında 50-ci yerdə qərarlaşıb.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

"Bu göstərici ilə ölkəmiz dünyada hər 3 ölkədən 2-ni qabaqlayaraq Cənubi Qafqaz regionunda lider mövqeyini qoruyub saxlayıb. Azərbaycanda cari ilin yanvar-sentyabr ayları ərzində ixrac istiqamətində 73,3%-lik artım qeydə alınıb. Qeyri-neft, qaz məhsullarının ixracı sahəsində 17,7% artım qeydə alınıb ", - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR