Nazir müavini: Dövlətin infrastruktur layihələri üzrə yükünün azaldılması üçün iş gedir

Nazir müavini: Dövlətin infrastruktur layihələri üzrə yükünün azaldılması üçün iş gedir
# 24 may 2023 12:03 (UTC +04:00)

“2022-ci ildə Azərbaycan iqtisadiyyatında 4,6 % artım qeydə alınıb. Bu, bir çox ölkələrin göstəricilərini üstələyib”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, dövlətin infrastruktur layihələri üzrə əhəmiyyətli yükünün azaldılması üçün iş gedir: “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun artıq qəbul olunub. Bu qanundan irəli gələn digər qanunların qəbulu üçün iş aparılır. Bu layihələrin qəbulu ilə beynəlxalq investisiyaların ölkəyə cəlbi sürətlənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR