Nazir: "Qlobal Bakı Forumu beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir"

Nazir: "Qlobal Bakı Forumu beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir"
# 18 iyun 2022 13:02 (UTC +04:00)

Qloballaşma dövründə iqtisadiyyatın transformasiyası, resurslardan səmərəli istifadə, dayanıqlı və davamlı artım, vergi öhdəliklərinin ədalətli prinsiplər üzərində qurulması və bərabər imkanların yaradılması ilə bağlı müzakirələrin yer aldığı “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

Onun sözlərinə görə, Forumda aparılan müzakirələr qlobal çağırışları qarşılamaq üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini göstərir.

Xatırladaq ki, IX Qlobal Bakı Forumunda bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forum işini bu gün yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR