Ölkədə nağdsız əməliyyatlar 2 dəfədən çox artıb

Ölkədə nağdsız əməliyyatlar 2 dəfədən çox artıb
# 22 aprel 2022 11:25 (UTC +04:00)

Azərbaycanda ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1688 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1242 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 443 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 38.1%-ni təşkil edib.

Qeyd edək ki, bankların ödəniş xidməti şəbəkəsi üzrə də artım müşahidə olunur. Belə ki, ötən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı 13.9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR