"Optimal Elektronika" növbəti dəfə zərərlə işləyib

"Optimal Elektronika" növbəti dəfə zərərlə işləyib
# 09 iyun 2022 15:15 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən məişət avadanlıqları və elektronika şirkəti "Optimal Elektronika" MMC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” hesabata istinadən xəbər verir ki, şirkət 2021-ci ili 1,747 milyon manat zərərlə başa vurub. Başqa sözlə, MMC-nin zərəri əvvəlki ilə nisbətən 28% azalıb. Belə ki, 2020-ci ildə “Optimal Elektronika”nın zərəri 2,413 milyon manat təşkil edib.

Ötən il şirkətin əsas əməliyyat gəlirləri 96,128 milyon, əməliyyat xərcləri 101,753 milyon manat təşkil edib. Bu isə müvafiq olaraq 10% və 12% azdır.

Bu il yanvarın 1-nə “Optimal Elektronika”nın cəmi aktivləri 31,3% artaraq 126,783 milyon manat, kapitalı 9% artaraq 46,984 milyon manat, cəmi öhdəlikləri isə 1.5 dəfə artaraq 79,780 milyon manat olub.

Qeyd edək ki, şirkətin təsisçisi nizamnamə kapitalında payı 100% olan Əsgərov Əhəd Tofiq oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR