Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 3 dəfədən çox artıb

Ötən il Azərbaycanın xalis maliyyə aktivləri 3 dəfədən çox artıb
# 30 mart 2023 11:53 (UTC +04:00)

2022-ci ildə Azərbaycan xalis maliyyə aktivlərini 7 779.6 milyon ABŞ dolları məbləğində artırıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu isə 2021-ci illə müqayisədə 3,1 dəfə çoxdur.

Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 172.2 milyon dollar artması (1 il əvvələ nisbətən 2,2 dəfə çox), portfel investisiyalarının 1 158.8 milyon dollar artması (2,5 dəfə çox), digər investisiyaların isə 6 448.6 milyon dollar artması (3,2 dəfə çox) təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR