Ötən il “Qala Həyat” sığorta şirkəti 5.3% kiçilib

Ötən il “Qala Həyat” sığorta şirkəti 5.3% kiçilib
# 29 mart 2023 16:24 (UTC +04:00)

“Qala Həyat” ASC-nin 2022-ci ildə xalis mənfəəti 2021-ci illə müqayisədə 65.4% artaraq 7 milyon 842 min manat təşkil edib. Sığorta şirkəti 2021-ci ildə 4 milyon 741 min manat xalis mənfəət açıqlamışdı.

"APA-Economics" bu barədə sığorta şirkətinin 2022-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Bu dövrdə sığorta şirkətinin investisiya gəlirləri 20.5% azalaraq 1 milyon 379.9 min manata enib.

Ötən il “Qala Həyat” ASC nın əsas əməliyyat gəlirləri 2021-ci illə müqayisədə 10.8% artaraq 21 milyon 249.7 min manata, sair gəlirləri isə 93.8% artaraq 91 min manata bərabər olub. “Qala Həyat” ASC cəmi gəlirləri 22 milyon 404.6 min manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 15.8% çoxdur.

Hesabat dövründə sığorta şirkətinin əsas əməliyyat xərcləri 29.6% azalaraq 3 milyon 459.9 min manata, o cümlədən sığorta ödənişləri 24% azalaraq 2 milyon 372.7 min manata, təkrarsığortaya verilmiş sığorta haqqları üzrə xərclər 4.2% artaraq 341.7 min manata, işləri aparılması xərcləri 9.8% artaraq 8 milyon 244.4 min manata bərabər olub. “Qala Həyat” ASC-nin cəmi xərcləri isə 12 milyon 556.5 min manat olub ki, bu da 2021-ci ilə nisbətən 5% azdır.

2022-ci ildə sığorta şirkətinin maliyyə mənfəəti 2021-ci illə müqayisədə 60.3% artaraq 9 milyon 848.1 min manata yüksəlib. 2021-ci ildə isə sığorta şirkəti 6 milyon 145.6 min manat maliyyə mənfəəti əldə etmişdi.

Ötən il “Qala Həyat” ASC-nin aktivləri kiçilib. Belə ki, cari ilin yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 5.3% azalaraq 43 milyon 219.6 min manata bərabər olub. 2021-ci ildə sığorta şirkətinin cəmi aktivləri 45 milyon 630.6 min manata bərabər idi. Bu dövrdə sığorta şirkətinin cəmi öhdəlikləri 18.4% azalaraq 18 milyon 133.8 min manata enib, cəmi kapitalı isə 7.11% artaraq 25 milyon 85.8 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR