Ötən il üzrə xarici dövlət borcunun həcmi açıqlanıb

Ötən il üzrə xarici dövlət borcunun həcmi açıqlanıb
# 17 mart 2023 11:18 (UTC +04:00)

Xarici dövlət borcunun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2023-cü il 1 yanvar tarixinə 6693,2 mln. ABŞ dolları ekvivalentində olub.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Xarici dövlət borcunun 4405,9 mln. ABŞ dolları hökumət tərəfindən birbaşa cəlb edilmiş kreditlərdən və 2287,3 mln. ABŞ dolları xarici valyuta nominallı dövlət qiymətli kağızlardan ibarət olub.

2022-ci il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsi vəsaiti hesabına 854,6 mln. ABŞ dolları məbləğində ödənişlər həyata keçirilib. Bu ödənişlərin 618,1 mln. ABŞ dolları məbləğində hissəsi əsas borc kimi, 236,5 mln. ABŞ dolları məbləğində hissəsi isə kreditlərə hesablanmış faizlərə görə həyata keçirilən ödənişlərdir. Eyni zamanda, 2022-ci il ərzində əlavə olaraq 592,0 mln. manat həcmində vəsait xarici valyuta nominallı dövlət qiymətli kağızları üzrə əsas borc ödənişlərinin bir hissəsinin vaxtından əvvəl qaytarılmasına yönəldilib.

1 yanvar 2023-cü il tarixinə xarici dövlət borcu 2022-ci il üzrə ÜDM-in 8,5%-ni təşkil edib. Adambaşına düşən xarici dövlət borcunun məbləği isə 1 yanvar 2023-cü il tarixinə 655,2 ABŞ dolları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR