Palata: Ötən il 38 milyon manat subsidiya təyinatı üzrə istifadə edilməyib

Palata: Ötən il 38 milyon manat subsidiya təyinatı üzrə istifadə edilməyib
# 26 may 2023 18:01 (UTC +04:00)

2022-ci ildə 95 istiqamətdə ümumilikdə 1401,7 mln. manat subsidiya icra edilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 4,4%-ni təşkil edib.

APA-Economics” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Ötən il nizamnamə kapitalının artırılması məqsədilə İpoteka və Kredit Zəmanəti Fonduna 5 milyon manat, "Azərkosmos" ASC-yə 23 milyon manat, Aqrar Sığorta Fonduna 5.4 milyon manat ayrılıb. Daha 4.3 milyon manat "Suez Group" şirkəti qarşısında yaranmış maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün "Azərsu" ASC-yə verilib.

Ancaq bu vəsaitlər mahiyyəti baxımından subsidiya anlayışını ehtiva etmir. Dövlət Maliyyə Statistikası Təlimatına görə, nizamnamə kapitalının artırılmasına və borcların bağlanılmasına yönəldilən vəsait subsidiya sayıla bilməz. Yəni, ötən il subsidiya kimi ayrılan, ən azı, 38 milyon manat subsidiya kimi istifadə edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR