“Park Bulvar”ın sahibi nizamnamə kapitalını 4 milyon dollara yaxın azaldıb

“Park Bulvar”ın sahibi nizamnamə kapitalını 4 milyon dollara yaxın azaldıb
# 02 avqust 2022 11:15 (UTC +04:00)

"Bakı Plaza Turizm İşlətmələri" MMC nizamnamə kapitalını 3,9 milyon dollar azaldıb.

"APA-Economics" xəbər verir ki, MMC nizamnamə kapitalının 32,522 milyon ABŞ dollarından 28 622 milyon ABŞ dollarınadək azaldığını elan edib. Bildirilib ki, kreditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Bakı Plaza Turizm İşlətmələri" şirkəti “Park Bulvar” alış-veriş mərkəzinin sahibidir. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Ali Ekber Yukseldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR