“PAŞA Bank" birinci yarımil üzrə maliyyə göstəricilərini açıqlayıb

“PAŞA Bank" birinci yarımil üzrə maliyyə göstəricilərini açıqlayıb
# 27 iyul 2022 18:09 (UTC +04:00)

“PAŞA Bank" bu ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2022-ci ilin ilk yarısında Bankın faiz gəlirləri 145,824 min manat (2021-ci ilin eyni dövrünə nisbətən 13,3% çox), faiz xərcləri 25,044 min manat (3,8% az), xalis faiz gəlirləri isə 120,780 min manat (17,6% çox) təşkil edib.

Hesabat dövründə “PAŞA Bank"ın qeyri-faiz gəlirləri 78,025 min manat (32,2% çox), qeyri-faiz xərcləri 103,644 min manata (37,3% çox), əməliyyat mənfəəti isə 43,260 min manat (2 dəfə az)olub.
Bank mümkün zərərlər üzrə ehtiyat ayırmalarını 2,6 dəfə azaldaraq 9,114 min manata endirib, bu dövrdə mənfəət vergisi ödəməsi 21,203 min manat (1,9 dəfə çox) olub.

Nəticədə, bank 2022-ci ilin ilk yarısını 64,844 min manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 28% çoxdur. Belə ki, “PAŞA Bank" 2021-ci ilin yanvar-iyun ayları üzrə 50,640 min manat xalis mənfəət açıqlamışdı.

Bank böyüməkdə davam edib. Belə ki, bu ilin iyulun 1-nə bankın cəmi aktivləri 25,4% artaraq 7,422 milyon manata, o cümlədən müştərilərə verilmiş kreditləri isə 19% artaraq 2,510 milyon manata çatıb.

Bankın cəmi öhdəlikləri 28,3% artaraq 6,839 milyon manata, o cümlədən depozit portfeli 31,1% böyüyərək 5,951 milyon manata yüksəlib.
Bu dövrdə bankın cəmi kapitalı 7% artaraq 582,116 min manat, bölüşdürülməmiş isə 1,6 dəfə artaraq 226,593 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR